Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının nümayəndələri “Caspian Agro Week” sərgisini ziyarət edib
7 may tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının rəhbərliyi və üzvləri “Caspian Agro Week” beynəlxalq aqrar həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən sərgini birgə ziyarət edib.
Ziyarətdə assosiasiyaya üzv logistika və gömrük təmsilçiliyi şirkətlərinin rəhbər heyəti və əməkdaşları iştirak ediblər. İştirakçılar kənd təsərrüfatı texnologiyaları, logistika həlləri, idxal -ixrac prosedurları və təchizat zənciri sahəsində təqdim olunan yeniliklərlə tanış olublar. Sərgi çərçivəsində yerli və xarici şirkətlərlə görüşlər keçirilib, əməkdaşlıq imkanları və sahənin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AGTL rəhbərliyi bildirib ki, bu cür tədbirlər əməkdaşların peşəkar inkişafı, təcrübə mübadiləsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.






