Assosiasiya ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq üzrə görüş keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq üzrə görüş keçirilib

AGTL ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş baş tutmuşdur. Görüşdə tərəflər arasında institusional əməkdaşlığın qurulması, birgə təşəbbüslərin həyata keçirilməsi və tərəfdaşlıq mexanizmləri müzakirə olunmuşdur.

Müzakirələr zamanı əməkdaşlıq memorandumunun imzalanması, birgə seminar və təlimlərin təşkili, elmi-praktiki tədbirlərin keçirilməsi, eləcə də logistika və gömrük təmsilçiliyi sahəsində kadr potensialının inkişafı istiqamətində mümkün addımlar nəzərdən keçirilmişdir.

Tərəflər əməkdaşlığın həm akademik mühit, həm də biznes sektoru üçün faydalı olacağını vurğulayaraq, yaxın zamanda tərəfdaşlığın rəsmiləşdirilməsi ilə bağlı işlərin davam etdirilməsi barədə razılığa gəlmişlər.