ARD Logistics MMC Assosiasiyanın üzvü olub

ARD Logistics MMC Assosiasiyanın üzvü olub

ARD Logistics MMC Assosiasiyanın üzvü olub

 

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) növbəti iclasında “ARD Logistics” MMC-nin assosiasiyaya üzvlüyü barədə qərar qəbul edilib.

Qeyd edək ki, “ARD Logistics” MMC logistika və gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərir.

ARD LOGİSTİCS şirkəti 2017-ci ildən etibarən beynəlxalq və yerli yükdaşıma, logistika, gömrük rəsmiləşdirilməsi və broker xidmətləri sahəsində fəaliyyət göstərir.

Bu illər ərzində biz Azərbaycan və xarici ölkələrdə müxtəlif sənaye və istehsal müəssisələri üçün etibarlı və çevik logistika həlləri təqdim etmişdir.
Əsas xidmət istiqamətlərimiz bunlardır:
- Beynəlxalq və daxili avtomobil daşımaları;
- Beynəlxalq dəniz və hava daşımaçılığı;
- Tranzit və multimodal logistika;
- Gömrük rəsmiləşdirilməsi və broker xidməti;
- Kimyəvi, sənaye və qablaşdırma məhsullarının daşınması;
- Anbarlama və paylama logistikası.

Şirkətin assosiasiyaya üzvlüyü sektorun institusional inkişafına dəstək göstərmək, üzv şirkətlər arasında əməkdaşlıq imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Şirkətin məqsədi tərəfdaş şirkətləri üçün etibarlı, operativ və optimal logistika həlləri təqdim etmək, prosesləri sadələşdirmək və uzunmüddətli əməkdaşlıq etməkdir.

Assosiasiya tərəfindən bildirilib ki, yeni üzvlərin cəlb edilməsi sahənin şəffaf və peşəkar mühitinin formalaşdırılmasına xidmət edir.

#AGTL #gömrük #logistics #customs