2 sentyabr 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Avropa–Qafqaz–Asiya Nəqliyyat Dəhlizi üzrə Beynəlxalq Əməkdaşlıq Proqramının (TRACECA) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə TRACECA-nın Baş katibi Jasurbek Choriev proqramın fəaliyyəti barədə məlumat verərək, görüşün qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.Tərəflər fəaliyyət istiqamətləri və həyata keçirilən təşəbbüslər barədə məlumat mübadiləsi apararaq, beynəlxalq logistika əlaqələrinin inkişafı, rəqəmsallaşma və müasir logistika həllərinin tətbiqi üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə həmçinin Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın bu marşrutda strateji mövqeyi və TRACECA-nın regional nəqliyyat əlaqələrinin gücləndirilməsində rolu ətrafında fikir mübadiləsi aparılıb.
.jpeg)
.jpeg)
.jpeg)



