Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Tedora Group MMC arasında üzvlük müraciəti ilə bağlı görüş baş tutub. Görüş zamanı şirkətin fəaliyyət istiqamətləri və təqdim etdiyi xidmətlər barədə məlumat verilib.
Tərəflər Assosiasiya çərçivəsində əməkdaşlıq imkanlarını, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Qeyd olunub ki, üzvlük sektor üzrə əlaqələrin genişlənməsinə töhfə verə bilər.


#AGTL #gömrük #logistics #customs

