• [email protected]
  • Bakı ş., Xəzər r., Mərdəkan qəs., Ə. Rəhimov küç., dalan 1, ev 5

AGTL və Strongvey Logistics MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib

AGTL və Strongvey Logistics MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib

AGTL və Strongvey Logistics MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib

AGTL ilə Strongvey Logistics MMC arasında üzvlük müraciəti çərçivəsində görüş baş tutub.

Görüş zamanı Assosiasiyanın fəaliyyət istiqamətləri, üzvlük imkanları və logistika sektorunda əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Tərəflər gələcək əməkdaşlıq imkanlarını dəyərləndirərək qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi ediblər.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində başa çatıb.

AGTL nümayəndələri "Profi Transport" MMC-ni ziyarət ediblər

30 iyul 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) nümayəndələri Assosiasiyanın üzvü olan "Profi Transport" MMC-ni ziyarət ediblər.

Görüş çərçivəsində şirkətin fəaliyyəti və gələcək inkişaf istiqamətləri ilə yaxından tanışlıq olub, logistika və gömrük sektorunda mövcud vəziyyət, şirkətlərin üzləşdiyi aktual problemlər, eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Tərəflər logistika sektorunun inkişafına töhfə verəcək təşəbbüslərin dəstəklənməsi, üzv şirkətlərlə davamlı əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.

Görüşün sonunda xatirə şəkli çəkdirilib və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi davam etdirilib.

AGTL üzv şirkətlərlə mütəmadi görüşlərin keçirilməsini, onların fəaliyyətinin yaxından öyrənilməsini və sektorda mövcud çağırışların birgə müzakirəsini Assosiasiyanın əsas fəaliyyət istiqamətlərindən biri kimi davam etdirəcək.

#AGTL #gömrük #logistics #customs