Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə "Atəşgah" Sığorta Şirkəti ASC arasında Memorandum imzalanıb
28 iyul 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə "Atəşgah" Sığorta Şirkəti ASC arasında əməkdaşlıq münasibətlərinin inkişafına dair Memorandum imzalanıb.
Memorandum AGTL-in sədri Vüsal Qasımov və "Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov tərəfindən imzalanaraq tərəflər arasında əməkdaşlığın hüquqi əsasını yaradıb.
Görüş zamanı logistika sektorunda sığorta mədəniyyətinin inkişafı, risklərin effektiv idarə olunması və biznes subyektlərinin sığorta təminatının gücləndirilməsi məsələləri müzakirə olunub.
Anlaşma Memorandumu çərçivəsində birgə seminar və təlimlərin təşkili, AGTL üzvləri üçün sığorta sahəsində məlumatlandırma fəaliyyətinin genişləndirilməsi, eləcə də gələcəkdə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
AGTL bu əməkdaşlığı logistika sektorunda sığorta mədəniyyətinin inkişafına, risklərin effektiv idarə olunmasına və biznes mühitinin gücləndirilməsinə mühüm töhfə verəcək strateji tərəfdaşlıq kimi qiymətləndirir.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

