• [email protected]
  • Bakı ş., Xəzər r., Mərdəkan qəs., Ə. Rəhimov küç., dalan 1, ev 5

AGTL-in təşkilatçılığı ilə Assosiasiya üzvləri üçün "Nəqliyyat ekspedisiya haqqında qanun və bu qanunun əsas məqamları" mövzusunda təlim keçirilib

29 iyul 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) təşkilatçılığı ilə Assosiasiya üzvləri üçün "Nəqliyyat ekspedisiya haqqında qanun və bu qanunun əsas müddəaları" mövzusunda təlim keçirilib.

Təlim peşəkar hüquqşünas və vəkil Anar Ramazanov tərəfindən təqdim olunub.

Təlim zamanı "Nəqliyyat ekspedisiya haqqında qanun"-nun əsas müddəaları, ekspeditorların hüquq və vəzifələri, daşıyıcı və sifarişçi arasında hüquqi münasibətlər, müqavilə öhdəlikləri, məsuliyyət məsələləri, eləcə də qanunun tətbiqində praktik yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.

Təlim interaktiv müzakirələr şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qanunun praktik tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Assosiasiya qarşıdakı zamanda da üzvlərinin peşəkar bilik və bacarıqlarının artırılması, sektorda hüquqi maarifləndirmənin gücləndirilməsi və müasir qanunvericiliyin tətbiqinə dəstək məqsədilə bu kimi təlim və maarifləndirici tədbirlərin davamlı olaraq təşkilini planlayır.

#AGTL #gömrük #logistics #customs