31 avqust 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə “Silk Route Trading and Logistics” MMC arasında şirkətin Assosiasiyaya üzvlük müraciəti ilə bağlı görüş keçirilib.
Görüş zamanı şirkətin fəaliyyət istiqamətləri, beynəlxalq ticarət və logistika sahəsində həyata keçirdiyi fəaliyyət, eləcə də AGTL-nin əsas fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər üzvlük məsələsini, Assosiasiyanın fəaliyyəti çərçivəsində şirkətin iştirakı imkanlarını və sektor üzrə qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Görüş çərçivəsində gömrük və logistika sektorunda peşəkar əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və sektor iştirakçıları arasında effektiv əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb.
AGTL fəaliyyət göstərdiyi sahələr üzrə peşəkar platformanın inkişafını və sektorun aparıcı şirkətləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsini davam etdirir.

.jpeg)

#AGTL #gömrük #customs #logistics

