Yanvarın 31-də Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Ramal Trans MMC arasında əməkdaşlıq üzrə görüş baş tutub.
Görüş zamanı tərəflər arasında tanışlıq olub, Ramal Trans MMC-nin fəaliyyət istiqamətləri barədə məlumat verilib, qarşılıqlı əməkdaşlıq imkanları və gələcək birgə fəaliyyət perspektivləri müzakirə edilib.
Eyni zamanda 5 fevral tarixində təqdim olunan “Etibarlı Tərəfdaş Konsepsiyası” və ticarətin asanlaşdırılması istiqamətində görülən işlərə toxunulub.
Qeyd olunub ki, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi müəyyənləşdiriləcək və icra ediləcək.




#AGTL #gömrük #logistics #customs

