AGTL və “ISO Logistics” MMC arasında görüş keçirilib 

AGTL və “ISO Logistics” MMC arasında görüş keçirilib 

AGTL və “ISO Logistics” MMC arasında görüş keçirilib 

 

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə “ISO Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında görüş keçirilib.

Görüşdə şirkətin Assosiasiyaya üzvlük müraciəti müzakirə olunub. Eyni zamanda, tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, beynəlxalq daşımaların inkişaf etdirilməsi və təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “ISO Logistics” MMC Avropanın bir sıra ölkələrindən – Almaniya, Türkiyə, Gürcüstan, Fransa, Macarıstan, İtaliya və Avstriyadan tranzit daşımaları həyata keçirir. Bununla yanaşı, şirkət Qazaxıstan, Türkmənistan və Rusiya istiqamətində də aktiv logistika fəaliyyətini davam etdirir.

Sonda tərəflər arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı razılıq ifadə olunub.