AGTL və “GLT Transport” MMC arasında üzvlük müraciəti ilə bağlı görüş keçirilib.

AGTL və “GLT Transport” MMC arasında üzvlük müraciəti ilə bağlı görüş keçirilib.

AGTL və “GLT Transport” MMC arasında üzvlük müraciəti ilə bağlı görüş keçirilib.

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və “GLT Transport” MMC arasında üzvlük müraciəti ilə bağlı görüş keçirilib.

Görüşdə Assosiasiyanın fəaliyyəti, həyata keçirilən layihələr və üzvlükdən irəli gələn imkanlar barədə ətraflı məlumat verilib. “GLT Transport” MMC-nin nümayəndələri isə şirkətin fəaliyyəti, beynəlxalq və yerli logistika bazarında gördüyü işlər, həmçinin gələcək əməkdaşlıq planları barədə məlumat təqdim ediblər.

Tərəflər gömrük və logistika sahəsində təcrübə mübadiləsi, birgə təşəbbüslərin həyata keçirilməsi və Assosiasiyanın fəaliyyətində aktiv iştirak perspektivlərini müzakirə ediblər.

Görüş səmimi və işgüzar şəraitdə keçib.