AGTL və “Ərkivan Logistics” MMC arasında üzvlük müraciəti ilə bağlı görüş keçirilib

AGTL və “Ərkivan Logistics” MMC arasında üzvlük müraciəti ilə bağlı görüş keçirilib

AGTL və “Ərkivan Logistics” MMC arasında üzvlük müraciəti ilə bağlı görüş keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə “Ərkivan Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə şirkətin Assosiasiyaya üzvlük müraciəti nəzərdən keçirilib, tərəflər arasında birgə fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Toplantıda qeyd olunub ki, AGTL-ə üzvlük “Ərkivan Logistics” MMC-yə logistika sahəsində peşəkar şəbəkənin imkanlarından yararlanmaq, təcrübə və məlumat mübadiləsində fəal iştirak etmək imkanı verəcək.

Sonda qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılıq ifadə olunub.