AGTL və “AZFEM” MMC arasında üzvlüklə bağlı görüş keçirilib

AGTL və “AZFEM” MMC arasında üzvlüklə bağlı görüş keçirilib

AGTL və “AZFEM” MMC arasında üzvlüklə bağlı görüş keçirilib

27 avqust 2026-ci il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və “AZFEM” MMC şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı “AZFEM” MMC-nin fəaliyyət istiqamətləri, logistika və gömrük sahəsində göstərdiyi xidmətlər, eləcə də AGTL-in həyata keçirdiyi layihələr və əsas fəaliyyət istiqamətləri barədə məlumat və fikir mübadiləsi aparılıb.

Tərəflər arasında üzvlük məsələsi, gələcək əməkdaşlıq imkanları və logistika sektorunda qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Görüşdə sektor iştirakçıları arasında təcrübə mübadiləsinin genişləndirilməsinin və peşəkar əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

AGTL gömrük təmsilçiliyi və logistika sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsini, sektorun inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsini və üzvləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini davam etdirir.

#AGTL #gömrük #customs #logistics