AGTL üzvləri ilə ilin yekunlarına həsr olunmuş ziyafət görüşü keçirilib

AGTL üzvləri ilə ilin yekunlarına həsr olunmuş ziyafət görüşü keçirilib

AGTL üzvləri ilə ilin yekunlarına həsr olunmuş ziyafət görüşü keçirilib

26 dekabr tarixində saat 19:00-da AGTL üzvlərinin iştirakı ilə ziyafət formatında görüş təşkil olunub. Görüş üzvlər arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi, işgüzar əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.

Tədbir assosiasiyanın rəhbəri Vüsal Qasımovun açılış nitqi ilə başlayıb. Çıxışda 2025-ci il üzrə fəaliyyət istiqamətləri və qarşıdakı dövr üçün prioritet məsələlər diqqətə çatdırılıb.

Görüş çərçivəsində 2025-ci il üzrə fəaliyyət göstəricilərinə əsasən bir sıra üzv şirkətlər müxtəlif nominasiyalar üzrə sertifikatlarla təltif olunub. Tədbir B2B formatlı işgüzar danışıqlarla davam edib və qarşılıqlı ünsiyyət şəraitində yekunlaşıb.