AGTL üzv şirkətlərin iştirakı ilə B2B formatında görüş keçirib

AGTL üzv şirkətlərin iştirakı ilə B2B formatında görüş keçirib

AGTL üzv şirkətlərin iştirakı ilə B2B formatında görüş keçirib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) üzv şirkətlərin iştirakı ilə B2B formatında görüş təşkil edib. Görüşün məqsədi gömrük və logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması olub. Tədbir zamanı sektorun mövcud durumu, qarşıda duran çağırışlar və inkişaf perspektivləri müzakirə edilib, yeni tərəfdaşlıq imkanları dəyərləndirilib.

Eyni zamanda, tədbir çərçivəsində Assosiasiyaya yeni üzv olan şirkətlər ictimaiyyətə təqdim olunub və onlara üzvlük sertifikatları təqdim edilib. Bu addım AGTL-nin üzv bazasının genişlənməsi və sektor daxilində institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Cardinal Group Logistics MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul edilib. Qeyd olunub ki, üzvlük logistika sahəsində təcrübə mübadiləsinin gücləndirilməsinə imkan yaradacaq.

Reklam və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərən GPR MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv olub. Bildirilib ki, üzvlük Assosiasiya üzvləri üçün kommunikasiya və PR sahəsində yeni imkanlar yaradacaq.

Logistika və yükdaşıma sahəsində fəaliyyət göstərən M-Trans MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul edilib. Qeyd olunub ki, bu üzvlük qarşılıqlı əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Logistika və yükdaşıma sahəsində fəaliyyət göstərən Crocus Logistics MMC AGTL-yə üzv olub. Şirkətdən bildirilib ki, Assosiasiya çərçivəsində əməkdaşlıq sektorda inkişafı dəstəkləyəcək.

Mobil Broker MMC Assosiasiyada “İlk gömrük təmsilçiliyi üzv şirkəti" nominasiyası ilə sertifikatla təltif edilib. Qeyd edilib ki, Mobil Broker MMC peşəkarlığı, davamlı inkişaf strategiyası və müasir idarəetmə modeli ilə fərqlənən şirkətlərdən biridir.

Logistika sahəsində fəaliyyət göstərən GSM Express MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv olub. Bildirilib ki, üzvlük şirkətin sektorda əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək.