AGTL tərəfindən Gömrük Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı seminar keçirilib

AGTL tərəfindən Gömrük Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı seminar keçirilib

AGTL tərəfindən Gömrük Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı seminar keçirilib

Azərbaycan Gömrük və Logistika Təchizatçıları (AGTL) tərəfindən üzv şirkətlərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə “Gömrük Məcəlləsinə edilmiş son dəyişikliklər: hüquqi mahiyyəti və yeniliklər” mövzusunda seminar keçirilib.

Seminarda peşəkar və geniş təcrübəyə malik hüquqşünas, vəkil Anar Ramazanov tərəfindən Gömrük Məcəlləsinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib.

Tədbir zamanı dəyişikliklərin hüquqi mahiyyəti, onların gömrük sahəsində tətbiqi və praktiki əhəmiyyəti izah olunub. İştirakçılara qanunvericilikdəki yeniliklərlə bağlı geniş məlumat təqdim edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Seminar AGTL üzvlərinin peşəkar bilik və bacarıqlarının artırılması, gömrük qanunvericiliyində baş verən yeniliklər barədə məlumatlılığın gücləndirilməsi baxımından əhəmiyyətli olub.

Tədbirdə AGTL-ə üzv şirkətlərin nümayəndələri iştirak ediblər.