Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Etibarlı Tərəfdaş Konsepsiyası” müzakirə olunub
19.12.2025-ci il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) tərkibində fəaliyyət göstərən alt komitələrin nümayəndələrinin iştirakı ilə birgə görüş keçirilib.
Görüşdə “Etibarlı Tərəfdaş” Konsepsiyasının 8.1.3-cü bəndi və onun tətbiq mexanizmləri ətrafında müzakirələr aparılıb. İştirakçılar sözügedən bəndin gömrük–logistika sahəsində institusional əməkdaşlığın gücləndirilməsinə və biznes mühitinin təkmilləşdirilməsinə verə biləcəyi töhfələri dəyərləndiriblər.
Müzakirələr zamanı alt komitələr tərəfindən praktiki təkliflər səsləndirilib və mövzu üzrə fikir mübadiləsi aparılıb.






