Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) nəzdində fəaliyyət göstərən Təlim Mərkəzində təlim keçən müəllim heyəti ilə görüş keçirilib.
Görüşdə mərkəzdə təşkil olunan beynəlxalq yükdaşıma, daxili yükdaşıma, taksi sürücüləri və məsul şəxslər üçün ixtisasartırma proqramları üzrə tədris prosesinin keyfiyyəti və məzmunu müzakirə edilib. Qeyd olunub ki, proqramların əsas məqsədi nəqliyyat və logistika sahəsində çalışan şəxslərin peşəkar bilik və bacarıqlarını artırmaq, xidmət səviyyəsini müasir tələblərə uyğunlaşdırmaqdır.
Çıxışlarda müəllim heyətinin təcrübəsinin və praktiki biliklərinin kurs iştirakçılarının hazırlıq səviyyəsinə mühüm töhfə verdiyi vurğulanıb.




#AGTL #training #təlim

