AGTL rəhbərliyi və üzvləri "166 Yükdaşıma və Logistika" şirkətinin ofisini ziyarət edib

AGTL rəhbərliyi və üzvləri "166 Yükdaşıma və Logistika" şirkətinin ofisini ziyarət edib

AGTL rəhbərliyi və üzvləri "166 Yükdaşıma və Logistika" şirkətinin ofisini ziyarət edib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri aprel ayının 23-də Assosiasiya üzvü "166 Yükdaşıma və Logistika" şirkətinin ofisini ziyarət edərək şirkətin fəaliyyəti ilə yaxından tanış olublar.

Ziyarət çərçivəsində AGTL nümayəndə heyəti şirkətin struktur bölmələrini gəzərək iş prosesləri və fəaliyyət istiqamətləri ilə ətraflı tanış olub.Ziyarətin davamında "166 Yükdaşıma və Logistika" rəhbərliyi ilə birgə dəyirmi masa formatında görüş keçirilib. Şirkətin direktoru fəaliyyət istiqamətləri və inkişaf strategiyası barədə ətraflı məlumat təqdim edib. AGTL-in sədri isə çıxışında bu kimi sahə ziyarətlərinin üzvlər arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və sektorun inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşün sonunda iştirakçılar bir-birini təqdim edərək şəbəkələşmə imkanlarından faydalanıblar.Assosiasiya öz üzvləri ilə bu format üzrə görüşləri mütəmadi olaraq davam etdirməyi planlaşdırır.