12 may tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri Assosiasiya üzvü "M-Trans MMC"-nin ofisini ziyarət edərək şirkətin fəaliyyəti ilə yaxından tanış olublar.
Ziyarət çərçivəsində şirkətin fəaliyyət istiqamətləri, iş prosesləri ətraflı nəzərdən keçirilib, sektorun inkişafına dair konseptual məsələlər müzakirə olunub.
Ziyarətin davamında AGTL-in nümayəndə heyəti "M-Trans MMC"-nin TIR Parkı ilə bilavasitə tanış olub. Parkın infrastrukturu, yaradılan şərait, nəqliyyat vasitələrinin izləmə mexanizmləri və digər texniki imkanlar yerindəcə nümayiş etdirilib.
AGTL - bu formatda sahə ziyarətlərini üzvlər arasında əlaqələrin möhkəmləndirilməsi və sektorun sistemli inkişafının dəstəklənməsi baxımından mühüm hesab edir və görüşləri mütəmadi davam etdirməyi planlaşdırır.






