AGTL rəhbərliyi və üzv şirkətləri gömrük-biznes əməkdaşlığı çərçivəsində keçirilən görüşdə iştirak ediblər

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) rəhbərliyi və üzv şirkətləri Dövlət Gömrük Komitəsi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkil etdiyi “Azərbaycanda gömrük sahəsində modernləşmə: cari prioritetlər, biznesin hazırlığı və beynəlxalq təcrübə” mövzusunda keçirilən görüşdə iştirak edib.

Tədbirdə gömrük-biznes əməkdaşlığının inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllər və süni intellektin tətbiqi, eləcə də biznes üçün yaradılan yeni imkanlar müzakirə olunub. Həmçinin gömrük sahəsində yeniliklər və qanunvericiliyə riayət olunmasının ticarətin asanlaşdırılmasındakı rolu barədə təqdimatlar keçirilib.

Görüşün sonunda keçirilən panel müzakirələrində AGTL nümayəndələri də fəal iştirak edərək sektor üçün aktual məsələlərin müzakirəsinə qoşulub, dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.