Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (#AQEM) sədrliyi çərçivəsində Bakıda KOBİA-nın və AQEM Katibliyinin təşkilatçılığı ilə qurumun Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu Biznes Forumu keçirilib.
Biznes Forumda Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının rəhbərliyi, kollektivi iştirak edib.
Biznes forumda qarşılıqlı əməkdaşlıq və inkişaf üzrə mövzular müzakirə olunub.