Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının üzvləri "GİZ EasTnT" layihəsi çərçivəsində logistika təlimdə iştirak ediblər
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) EasTnT layihəsi çərçivəsində, Litva Dövlətinin Nəqliyyat İnnovasiya Assosiasiyası ilə birgə nəqliyyat, logistika və gömrük təmsilçiliyi sahəsində təlim təşkil olunub.
Təlimdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) üzv şirkətlərinin nümayəndələri iştirak edərək, Avropa İttifaqında nəqliyyat və tranzit sahəsində tətbiq olunan müasir yanaşmalar, yeniliklər və qabaqcıl təcrübələrlə tanış olublar.
AGTL - beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində üzvlərinin bilik və bacarıqlarının artırılmasını prioritet istiqamət olaraq davam etdirir.


#AGTL #gömrük #logistics #customs

