Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının rəhbərliyi və üzv şirkətləri xarici ticarət əməliyyatları üzrə məlumat, xidmət və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində iştirak ediblər.
Tədbirdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, logistika və nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlər, eləcə də biznes ictimaiyyətinin təmsilçiləri bir araya gəlib.
Tədbir çərçivəsində platformanın əsas funksionallıqları, xarici ticarət və logistika proseslərinin rəqəmsallaşdırılmasına verəcəyi töhfələr, dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi və gələcək inkişaf istiqamətləri təqdim olunub. Assosiasiya üzvləri sistemin təqdimatı ilə yaxından tanış olaraq logistika sahəsində rəqəmsal həllərin tətbiqi və biznes mühitinin daha səmərəli təşkili baxımından platformanın əhəmiyyətini yüksək qiymətləndiriblər.
.jpeg)
.jpeg)
.jpeg)



