Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) "Africa Week" tədbirində tərəfdaş kimi təltif olunub
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) Afrika-Azərbaycan əməkdaşlığı çərçivəsində keçirilən "Africa Week" tədbirinin rəsmi tərəfdaşı kimi xüsusi mükafata layiq görülüb.
AGTL-ə verilən bu mükafat, assosiasiyasının Azərbaycan ilə Afrika ölkələri arasında ticarət və logistika sahəsindəki əlaqələrin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
AGTL bundan sonra da beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
.jpeg)

