18 fevral tarixində Assosiasiya üzvü Azər Legal Group MMC-nin təşkilatçılığı, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının tərəfdaşlığı ilə “Peşəkarların görüşü” adlı görüş baş tutub.
Görüş çərçivəsində AGTL-in nümayəndələri və assosiasiyaya üzv olan şirkətlərin nümayəndələri üçün logistika sektorunda əməliyyat, maliyyə və hüquqi risklərin idarə olunmasına dair ixtisaslaşmış təqdimat keçirilib.
Tədbirdə logistika əməliyyatlarında yaranan əsas risk faktorları, müqavilələrdə məsuliyyət bölgüsünün düzgün müəyyənləşdirilməsi, sığorta təminatı və beynəlxalq daşıma qaydalarının tətbiqi məsələləri ətraflı izah olunub. Qeyd edilib ki, risklərin əvvəlcədən qiymətləndirilməsi və preventiv idarəetmə mexanizmlərinin qurulması şirkətlərin maliyyə dayanıqlığını və hüquqi təhlükəsizliyini gücləndirir.
Sonda bildirilib ki, bu cür peşəkar platformalar sektor üzrə əməkdaşlığın və institusional inkişafın möhkəmlənməsinə töhfə verir.





#AGTL #gömrük #logistics #customs

