AGTL nümayəndələri Ali Prime MMC-də qonaq olublar

AGTL nümayəndələri Ali Prime MMC-də qonaq olublar

AGTL nümayəndələri Ali Prime MMC-də qonaq olublar

24 iyul tarixində Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) nümayəndələri "Ali Prime Logistics" MMC-nin ofisini ziyarət ediblər.

Görüş zamanı şirkətin fəaliyyəti, logistika sektorunda əməkdaşlıq imkanları və Assosiasiyanın həyata keçirdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Ofis ziyarəti çərçivəsində AGTL-ə yeni üzv qəbul olunan "Ali Prime Logistics" MMC-yə üzvlük sertifikatı təqdim edilib.

Qeyd olunub ki, AGTL logistika və gömrük sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və sektorun inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirir.