Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) təşkilatçılığı və GPR MMC-nin tərəfdaşlığı ilə fevralın 10-da üzvlər üçün “Gömrük təmsilçiliyi və logistika sektorunda PR və marketinqin rolu” mövzusunda korporativ seminar keçirilib.
Seminarda sektor üzrə şirkətlərin brend quruculuğu, effektiv kommunikasiya strategiyaları, rəqəmsal marketinq alətləri və ictimaiyyətlə əlaqələrin biznes inkişafına təsiri barədə təqdimatlar olub. İştirakçılar praktiki nümunələr və real keyslər əsasında məlumatlandırılıblar.
Tədbirin sonunda sual-cavab sessiyası təşkil olunub, üzvlər arasında təcrübə mübadiləsi aparılıb və gələcəkdə bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdiriləcəyi bildirilib.



#AGTL #gömrük #logistics #customs

