Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) nəzdində yeni Təlim Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəz aşağıdakı istiqamətlər üzrə hazırlıq və yenidən hazırlıq kursları təşkil edir:
- beynəlxalq yükdaşıma
- daxili yükdaşıma
- taksi sürücüləri
- məsul şəxslər üçün ixtisasartırma proqramları
Təlim Mərkəzi fəaliyyətini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.
Mərkəzin əsas məqsədi sahədə çalışan sürücülərin, logistika mütəxəssislərinin və şirkət nümayəndələrinin peşəkar bilik və bacarıqlarını artırmaq, eləcə də xidmət keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

