Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) təşkilatçılğı ilə üzv şirkətlərlə birgə mini futbol oyunu keçirilib.
Görüş xarakterli idman oyununun təşkilində əsas məqsəd Assosiasiya üzvləri arasında qeyri-rəsmi ünsiyyətin genişləndirilməsi, korporativ həmrəyliyin gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi olub. Oyunda müxtəlif şirkətlərin əməkdaşları iştirak edərək komanda ruhu və idman həmrəyliyi nümayiş etdiriblər.
Qeyd olunub ki, bu kimi təşəbbüslər üzv şirkətlər arasında münasibətlərin möhkəmlənməsinə və işgüzar əməkdaşlığın daha da inkişafına müsbət töhfə verir. AGTL tərəfindən gələcəkdə də üzvləri bir araya gətirən sosial və idman yönümlü tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
.jpg.jpeg)


(1).jpg.jpeg)
#AGTL #futbol

