AGTL-in tərəfdaş olduğu WILAT Global platforması artıq Azərbaycanda fəaliyyətə başlayır

AGTL-in tərəfdaş olduğu WILAT Global platforması artıq Azərbaycanda fəaliyyətə başlayır

AGTL-in tərəfdaş olduğu WILAT Global platforması artıq Azərbaycanda fəaliyyətə başlayır

1919 cu ildən fəaliyyət göstərən The Chartered Institute of Logistics and Transport (CILT) ın qadın qolu - 15 ilə yaxın müddət ərzində 40 dan çox ölkədə 5 000 nə yaxın üzvi olan WILAT Global (Women in Logistics And Transport) platforması artıq Azərbaycanda fəaliyyətə başlayır.

WILAT Global (Women in Logistics And Transport) platformasının əsas missiyası Logistika və nəqliyyatda qadınların mövqeyini təşviq etmək, qadınların istedadını və karyera inkişafını dəstəkləyənləri bir araya gətirmək və sektorda qadınlar üçün dəstək şəbəkəsi, təcrübə və resurs mübadiləsi, eləcə də mentorluq imkanları təmin etməkdir.

WILAT Global ın fəaliyyəti Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL), Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası (FFAA), Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) tərəfdaşlığı və dəstəyi ilə başlayır.

WILAT Globalın ilk lokal tədbirinin (Təqdimatının) əsas tərəfdaşı AGTL-in üzvü olan Heritus Logistics şirkətidir.

#AGTL #WILAT #logistics #customs