20 noyabr 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və nümayəndələri Gəncə şəhərində keçirilən “Regional Expo Gəncə 2026” sərgisində iştirak ediblər.
Sərgi çərçivəsində AGTL nümayəndələri müxtəlif şirkət və təşkilatların təmsilçiləri ilə görüşlər keçirərək gömrük və logistika sahəsində əməkdaşlıq imkanları, regional biznes əlaqələrinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması məsələlərini müzakirə ediblər.



