12 noyabr 2026-cı il tarixində İstanbul şəhərində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) nümayəndələri İstanbul Gümrük Müşavirleri Dərnəyinin sədri Nizamettin Ağar və dərnəyin nümayəndələri ilə görüş keçirib.
Görüşdə gömrük təmsilçiliyi və logistika sahələrində əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər müzakirə olunub.
Görüşün sonunda Nizamettin Ağar tərəfindən AGTL nümayəndələrinə xatirə hədiyyəsi təqdim edilib. AGTL nümayəndələri səmimi qəbula və göstərilən diqqətə görə Nizamettin Ağar bəyə təşəkkürlərini bildiriblər.

