19 noyabr 2026-cı il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin iştirakı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda AGTL-in Gömrük Təmsilçiliyi və Logistika alt komitələrinin rəhbərləri iştirak ediblər.
Forumda aktiv məşğulluq proqramları, işəgötürənlərlə əməkdaşlıq və sosial dialoqun inkişafı məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində AGTL nümayəndələri bir sıra görüşlər keçirərək gömrük və logistika sektorunda məşğulluğun təşviqi, ixtisaslı kadr hazırlığı və dövlət-biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
.jpeg)

