AGTL-in Qadın Sahibkarlarla İş Komitəsinin sədri Türkiyənin aparıcı xidmət ixracı qurumu ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) Qadın Sahibkarlarla İş Komitəsinin sədri Lamiyə Xəlilova Türkiyəyə işgüzar səfəri çərçivəsində Hizmet İhracatçıları Birliyinin (HİB) Baş katibi Dr. Fatih Özər ilə görüş keçirib.

Görüş zamanı AGTL ilə HİB arasında potensial əməkdaşlıq istiqamətləri, o cümlədən xidmət ixracı sahəsində təcrübə mübadiləsi, birgə təşəbbüslərin həyata keçirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, Türkiyə Respublikasının Ticarət Nazirliyi tərəfindən 2021-ci ildə təsis olunmuş Hizmet İhracatçıları Birliyi (HİB) xidmət ixracı strategiyasının formalaşdırılması, sahə üzrə mövcud çağırışların müəyyən edilməsi və onların həlli istiqamətində fəaliyyət göstərir. Qurumun strukturunda “Liman İdarəetməsi”, “Sərnişindaşıma Xidmətləri” və “Yükdaşıma və Logistika Xidmətləri” daxil olmaqla 10-dan artıq ixtisaslaşmış alt komitə fəaliyyət göstərir.

Görüş çərçivəsində, həmçinin 1–3 iyun tarixlərində Bakıda keçiriləcək TransLogistica Caspian sərgisində HİB nümayəndə heyətinin iştirakı məsələsi də müzakirə olunub.