8 yanvar tarixində Bakı KOB Evində AGTL-in Gömrük Təmsilçiliyi Komitəsi (G.T.K) ilə Food City Agrocomplex MMC arasında görüş baş tutub. Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları, B2B əlaqələrin gücləndirilməsi, idxal prosedurları və gömrük rəsmiləşdirilməsi məsələləri müzakirə olunub.
Görüş çərçivəsində AR Prezidentinin 5 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Etibarlı Tərəfdaş Konsepsiyası”nın əsas müddəalarına toxunularaq, Konsepsiyanın gömrük sahəsində şəffaflıq və institusional əməkdaşlığa verdiyi töhfə vurğulanıb.
Sonda AGTL üzvləri ilə Food City Agrocomplex MMC arasında əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.





#AGTL #gömrük #logistics #customs #B2B

