AGTL-in alt komitəsinin sədri MUSİAD Azərbaycanın Qadın Sahibkarlığının Dəstəklənməsi Komissiyasının təqdimatında iştirak edib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının - Qadın Sahibkarlarla İş üzrə Alt Komitəsinin sədri Lamiyə Xəlilova - MÜSİAD Azerbaycanın Qadın Sahibkarlığının Dəstəklənməsi Komissiyasının ilk təqdimat tədbirində iştirak edib.

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə qadın sahibkarlığının təşviqi, dəstək şəbəkələrinin formalaşdırılması, ortaq əməkdaşlıqların qurulması, resurs və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub, yeni yaradılmış Komissiya ilə assosiasiyalar arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

#AGTL #gömrük #logistics #customs