AGTL ilə Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, AQTA və AZPROMO-nun rəsmiləri arasında görüş keçirilib

23.01.2025-ci il tarixində Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının rəhbərliyi, əməkdaşları və üzv olan KOB subyektləri ilə Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, AQTA və AZPROMO-nun rəsmiləri arasında görüş keçirilib.

Görüş zamanı "gömrük və logistika" sahəsində fəaliyyət göstərən Assosiasiya üzvlərinin üzləşdiyi çətinliklər və sahə üzrə təklifləri dövlət qurumları tərəfindən dinlənilib.
Görüşdə həmçinin KOB-ların iqtisadi maraqlarının qorunması, dayanıqlı inkişafı və sahə üzrə proseslərin daha səmərəli keçirilməsi üçün mühüm addımların atılacağı qurumların  rəsmiləri  tərəfindən bildirilib.