Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA birgə təşkilatçılığı ilə “Ədliyyə sahəsində həyata keçirilən institusional və qanunvericilik yeniliklərinin sahibkarlığın inkişafına təsiri, eləcə də hüququn aliliyinin qorunması və ölkənin davamlı inkişafındakı rolu” mövzusunda görüş keçirilib.
Tədbirdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının sədri Vüsal Qasımov da iştirak edib. Görüş zamanı Assosiasiya sədri gömrük və logistika sektorunun KOB-larının qarşılaşdığı çətinliklər və onların aradan qaldırılması ilə bağlı təkliflərə dair çıxış edib.
Bu kimi görüşlər sahibkarlıq mühitinin təkmilləşdirilməsi, şəffaflığın və hüququn aliliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


#AGTL #KOBIA #ƏdliyyəNazirliyi #Gömrük #Logistika #Customs #Logistics

