AGTL “ARD Logistics” MMC və “OKT Transport” MMC ilə görüş keçirib

AGTL “ARD Logistics” MMC və “OKT Transport” MMC ilə görüş keçirib

AGTL “ARD Logistics” MMC və “OKT Transport” MMC ilə görüş keçirib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) “ARD Logistics” MMC və “OKT Transport” MMC ilə üzvlük müraciəti çərçivəsində görüş təşkil edib.

Görüşdə Assosiasiyanın fəaliyyəti, həyata keçirilən layihələr, üzvlükdən irəli gələn imkanlar və sektorda əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat təqdim olunub. Şirkət nümayəndələri isə fəaliyyət istiqamətləri, yerli və beynəlxalq logistika bazarında gördükləri işlər, həmçinin gələcək əməkdaşlıq planları barədə məlumat veriblər.

Tərəflər gömrük və logistika sahəsində təcrübə mübadiləsi, birgə təşəbbüslərin həyata keçirilməsi və Assosiasiyanın fəaliyyətində aktiv iştirak imkanlarını müzakirə ediblər. Görüş səmimi və işgüzar şəraitdə keçirilib.

#AGTL #gömrük #logistics #customs