6 noyabr 2026-cı il tarixində gömrük təmsilçiliyi sektorunda fəaliyyət göstərən "ZZ Customs and Logistics MMC" Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul olunub.
Şirkətin Assosiasiyaya üzv olması gömrük və logistika sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və sektoral təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyət daşıyır.
ZZ Customs and Logistics MMC-nin AGTL çərçivəsində birgə təşəbbüslərdə iştirakı və sektorun inkişafına yönəlmiş fəaliyyətə töhfə verməsi üçün yeni əməkdaşlıq imkanları yaranır.
AGTL olaraq ZZ Customs and Logistics MMC-ni yeni üzv kimi salamlayır, şirkətə fəaliyyətində uğurlar və qarşılıqlı faydalı əməkdaşlıq arzulayırıq.
.jpeg)

