Xaricdən Azərbaycana idxal edilən bəzi ərzaq və qeyri- ərzaq malları 2024-cü ildən gömrük rüsumu və ƏDV-dən azad ediləcək.
Bu Maliyyə Nazirliyinin bu gün açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Təqdimatda bildirilir ki, idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların, habelə bir sıra texnika və avadanlıqların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi üçün qanunvericilikdə dəyişiklikliklər edilib və bu dəyişikliklər 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək.