"Eco Logistics" şirkətinə assosiativ üzvlük sertifikatı təqdim edildi

"Eco Logistics" şirkətinə assosiativ üzvlük sertifikatı təqdim edildi

"Eco Logistics" şirkətinə assosiativ üzvlük sertifikatı təqdim edildi

AGTL yeni üzvü olan "Eco Logistics" şirkətinə Assosiativ üzvlük sertifikatı təqdim edildi.

"Eco Logistic" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə təsis edilmiş və beynəlxalq yükdaşıma sahəsində ixtisaslaşmış, peşəkar logistika xidmətləri təqdim edən şirkətdir. Fəaliyyətə başladığı gündən əsas məqsəd müştərilərin logistik ehtiyaclarını qanunvericiliyə uyğun, operativ və etibarlı şəkildə təmin edərək, etimadlı və uzunmüddətli tərəfdaşlıqlar qurmaq olmuşdur.

Şirkət, həm yerli, həm də beynəlxalq bazarda uğurla fəaliyyət göstərərək, müxtəlif sənaye sahələrində strateji layihələrdə iştirak etmiş və müştərilərə qarşıya qoyduğu məqsədlərə nail olmalarına töhfə vermişdir. Təqdim edilən xidmətlər arasında yükdaşıma, anbarlama, gömrük brokeri və digər logistika xidmətləri yer almaqdadır ki, bunlar da öz növbəsində peşəkar kadrlar tərəfindən yüksək keyfiyyətlə icra olunur.

"Eco Logistic" MMC olaraq, operativlik, keyfiyyət və müştəri məmnuniyyəti prinsiplərinə sadiq qalaraq, hər bir müştərimizin tələblərinə fərdi yanaşır və biznes tərəfdaşlarımız üçün ən optimal həllər təqdim edir.