"Azbrand" şirkətinin nəzdində olan "Caspian Logistics Solutions" MMC ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında səmərəli görüş keçirilib.
Görüşdə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verilib və Assosiasiyasının inkişafı, gələcək planlar haqqında danışılıb. Həmçinin Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası və "Caspian Logistics Solutions" MMC arasında qarşılıqlı əməkdaşlığa dair təkliflər müzakirə olunub.