Profi Transport MMC AGTL-yə üzvlük üçün müraciət təqdim edib. Görüş zamanı şirkətin nəqliyyat və logistika sahəsində fəaliyyəti, eləcə də təqdim etdiyi xidmətlər barədə məlumat verilib.
Tərəflər Assosiasiya çərçivəsində əməkdaşlığın genişləndirilməsi, sektor üzrə aktual məsələlər və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar. Bildirilib ki, üzvlük yeni əməkdaşlıq imkanları yarada bilər.



