Assosiasiyanın Gömrük Təmsilçiliyi və Logistika Alt Komitələrinin birgə iştirakı ilə görüş baş tutub

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının Gömrük Təmsilçiliyi və Logistika Alt Komitələrinin birgə iştirakı ilə görüş baş tutub

2 aprel 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) tərkibində fəaliyyət göstərən Gömrük Təmsilçiliyi və Logistika Alt Komitələrinin növbəti görüşü baş tutub.

Görüşdə Komitə rəhbərləri və idarə heyətinin üzvləri iştirak ediblər.Görüş çərçivəsində gömrük təmsilçiliyi və logistika sahəsində mövcud vəziyyət, qarşıda duran əsas çağırışlar və inkişaf perspektivləri müzakirə olunub.

İştirakçılar tərəfindən gömrük prosedurlarının təkmilləşdirilməsi, logistika əməliyyatlarının optimallaşdırılması, eləcə də biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində təkliflər səsləndirilib. Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi məsələləri diqqət mərkəzində olub.

#AGTL #gömrük #logistics #customs