Ölkəyə gətirilən bəzi mallar gömrük rüsumundan azad edilib

Ölkəyə gətirilən bəzi mallar  gömrük rüsumundan azad edilib

Ölkəyə gətirilən bəzi mallar gömrük rüsumundan azad edilib

Azərbaycana idxal edilən bəzi mallar idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixində qəbul etdiyi 505 saylı qərarda nəzərdə tutulub. Sözügedən qərarla “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən digər tərəvəz bitkilərinin toxumları, maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar daha 3 il gömrük rüsumundan azad edilib.

Qeyd edək ki, həmin güzəşt 2023-cü ilin sonunadək mövcud idi. Yeni qərarla güzəştin müddəti 2026-cı ilin sonunadək uzadılıb.

Mənbə: FED.az