“Logistika və gömrük təmsilçiliyi şirkətləri üçün göstərilən xidmətlərin səmərəliliyin artırılması və tranzit əməliyyatların inkişaf etdirilməsi” adlı tədbir keçirilib

05.03.2025-ci il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının əməkdaşları, üzv olan KOB-lar, Dövlət Gömrük Komitəsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinın rəsmilərindən ibarət nümayəndə heyətinin Assosiasiyanın üzvü olan Food City Agrocomplex MMC-nin Xudatda yerləşən baş ofisinə səfəri baş tutub.

SİO statusu almış "Foodcity Agrocomplex" MMC-nin baş ofisində rəhbərlik tərəfindən şirkətin fəaliyyəti, gördüyü işlər və terminalın bölmələri haqqında heyətə məlumat verilib, iş prosesi ilə yaxından tanışlıq baş tutub.

Həmçinin səfər zamanı şirkətin konfrans zalında rəsmi görüş keçirilib. Görüşdə KOB-ların Foodcity Agrocomplex ilə qarşılıqlı əməkdaşlıq istiqamətləri eləcə də, tranzit, dəmiryol daşımaları əməliyyatlarında mövcud xidmətlərdən istifadə üzrə təkliflər barədə fikir mübadiləsi aparılıb. Sonda DGK, AYNA rəsmiləri tərəfindən KOB-ların sahəvi təklifləri və problemləri dinlənilib, müzakirələr aparılıb.