AGTL rəhbərliyi və üzv olan KOB-ların rəhbərləri "Sahibkarlar günü"-nə dair konfransda iştirak etmişdir

"Sahibkarlar günü" və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusunda Konfrans keçirilib. 

Konfransda Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının rəhbərliyi və üzv olan KOB-ların rəhbərləri də iştirak etmişdir. Konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və bir çox dövlət rəsmilərinin çıxışları baş tutmuşdur. Çıxışlar zamanı sahibkarlığın ölkə iqtisadiyyatında rolu, sahibkarlıq fəaliyyətinin inkişafı üzrə atılan addımlar haqqında mövzulara toxunulub.